"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərə Premyer Liqasında çalışa bilər.
Sportal.az xəbər verir ki, "Vest hem" italiyalı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
London klubu hazırkı baş məşqçi Xulen Lopeteqini istefaya göndərməyə hazırlaşır. İspan məqşçi ilə yollar ayrıldıqdan sonra Alleqri ilə danışıqlar başlayacaq.
Qeyd edək ki, Massimiliano Alleqri bu ilin may ayında "Yuventus"dan ayrılıb.
saytlarin hazirlanmasi