"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen Çində çalışacaq.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis "Beytszin Qoan"ı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
66 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvar ayından avqust ayına kimi "Barselona"ya rəhbərlik edib. Onun son iş yeri İspaniyada "Vilyarreal" olub.
saytlarin hazirlanmasi