Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Sivasspor" Bülənt Uyqunla yollarını ayırıb. Bu barədə klubjn mətbuat xidməti məlumat yayıb.
Komanda Super Liqanın 16-cı turunda "Bodrum"a 0:2 hesabı ilə məğlub olduqdan sonra 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Bülənt Uyqun bu ilin yanvar ayında "Sivasspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda ölkə çempionatında 16 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi