"Petrolul Ploieşti" baş məşqçisi Mehmet Topalla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, türk mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mehmet Topal mövsümün əvvəlində "Petrolul Ploieşti"nin baş məşqçisi təyin olunmuşdu. Komanda 38 yaşlı çalışdırıcının rəhbərliyi altında Rumıniya çempionatında keçirdiyi 21 oyunda 7 qələbə qazanıb, 10 heç-heçə edib, 4 dəfə isə məğlub olub. "Sarı-göylər"in aktivində 31 xal var və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi