"Mançester Siti" 50 milyon funt-sterlinqə yarımmüdafiəçi transfer edir

11:58 - 28 Dekabr 2024

"Mançester Siti" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İngiltərə klubunun əsas hədəfi "Real Sosyedad"da çıxış edən Martin Subimendidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Siti" ispan futbolçu üçün növbəti həftə onun klubu ilə danışıqlara başlayacaq. "Şəhərlilər" 25 yaşlı yarımmüdafiəçinin müqaviləsində yer alan 50 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəyərək onun transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Martin Subimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisi ilə Avro-2024-ün qalibi olmuş orta xətt oyunçusu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti