"Lill"in hücumçusu Conatan Devid karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-Nəsr" kanadlı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Ərəblər "Lill"Lə 6 aylıq müqaviləsi qalan Devid üçün 10-15 milyon avro ödəməyə hazırdır. Fransa klubu futbolçunu yayda pulsuz itirməkdənsə, yanvar ayında onun satışından gəlir əldə etməyə isti yanaşır.
Conatan Devid Avropa klublarından ("Yuventus", "Milan", "Napoli", "Aston Villa", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Vest Hem", "Nyukasl" və PSJ) illik 6 milyon avro maaş tələb edir. "Əl-Nəsr" 24 yaşlı forvarda daha çox maaş təklif edəcək.
Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi