Özbəkistan millisinin 29 yaşlı hücumçusu Eldor Şomurodov yaxın günlərdə “Roma”nı tərk edə bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “canavarlar” bir müddət əvvəl oyunçu ilə müqaviləni 2027-ci il iyunun 30-na qədər artırsa da, hücumçu baş məşqçi Klaudio Ranyerinin planlarına daxil deyil.
Şomurodov “Roma”ya 2021-ci ildə “Cenoa”dan keçib.
Futbolçu "Rostov", "Spesiya" və "Kalyari"də də oynamağı bacarıb.
Bu mövsüm Şomurodov bütün turnirlərdə 12 qarşılaşmada iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Şomuradovun İtaliya A seriyasında yarışan klublardan birinə icarəyə göndəriləcəyi gözlənilir.