"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, polşalı qolkiper Azərbaycanın təhlükəsiz ölkə olduğunu bildirib. 24 yaşlı futbolçu küçələrdə dava-dalaş, sərxoş insanlar görmədiyini deyib:
"Polşa nisbətən təhlükəsiz ölkədir. Lakin Azərbaycanda təhlükəsizlik hissi daha da böyükdür. Mən burada nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz insanlar görmədim".
Koxalski "Dinamo" (Zaqreb) ilə oyundan əvvəl Çempionlar Liqası himni səslənərkən stress keçirdinizmi? sualına belə cavab verib:
Bəli, amma eyforiya daha çox idi. Arzumu gerçəkləşdirdim, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim".
Qeyd edək ki, "Qarabağ" Mateuş Koxalskini bu ilin avqust ayında Polşanın "Stal" klubundan transfer edib. Qapıçı Ağdam təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi