Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Lans"da çıxış edən Abdukodir Xusanovdur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Fənərbaxça" özbək mərkəz müdafiəçisini yanvar ayında transfer etmək istəyir. Super Liqa nəhəngi 20 yaşlı futbolçu üçün onun klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Lans" Abdukodir Xusanovu ötən ilin yayında Belarusun "Energetik-BQU" klubundan transfer edib. Özbəkistan millisinin üzvü olan gənc oyunçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi