"Mançester Yunayted" "Atalanta"dan futbolçu transfer edəcək

12:46 - 25 Dekabr 2024

"Mançester Yunayted" tezliklə "Atalanta"dan Edersonun transferi ilə bağlı danışıqlara başlayacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, braziliyalının özü də bu komandada oynamağa hazırdır.

Amma qışda alınmasa, İngiltərə klubu ən pis halda yayda Edersonun keçidini həll etməyə çalışacaq. Məsələ burasındadır ki, “Atalanta” klubun həm A Seriyasında çempionluq şansları, həm də Çempionlar Liqasında uğur qazanmaq şanslarını nəzərə alaraq, qışda əsas oyunçularından biri ilə ayrılmağa hazır deyil.

Berqamo klubu 25 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir. “Sambaçı” “Desportivo Brazil”, “Kruzeyro”, “Korintians”, “Fortaleza”, “Salernitana”da oynadıqdan sonra “Atalanta”ya keçib və 2027-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Xəbər xətti