İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Valensiya" Ruben Baraxa ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ruben Baraxa ötən ilin fevral ayında "Valensiya"nın baş məşqçisi təyin olunmuşdu. "Yarasalar" La Liqada 18 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi