İstanbul nəhəngləri transferdə bir-birinə rəqib oldular

19:55 - 23 Dekabr 2024

"Çelsi"nin futbolçusu Kristofer Nkunku yanvar ayında komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, fransalı vinger az oynamasından narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Nkunku daha çox forma şansı qazana biləcəyi kluba keçmək istəyir.

27 yaşlı futbolçu ilə "Qalatasaray"la "Fənərbaxça" yaxından maraqlanır. İstanbul nəhəngləri ön xətt oyunçusunu icarəyə götürmək variantını nəzərdən keçirir.

Təcrübəli futbolçunun xidmətində maraqlı olan klublardan biri də PSJ-dir.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu ötən ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti