Almaniya klubu Emreliyə müqavilə təklif etdi - millimizin üzvü qərarını verməyib

13:21 - 22 Dekabr 2024

“Nürnberq” Azərbaycan milli komandasının üzvü Mahir Emrelini buraxmaq istəmir.

Sportal.az saytına verilən məlumata görə, Almaniya klubu Emrelinin müqavilə müddətini artırmağı planlaşdırır.

Buna görə də, “Nürnberq” Emreli ilə danışıqlara başlayıb. Hücumçunun hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir. “Nürnberq” isə onu daha bir il, 2025/2026 mövsümünün sonuna qədər artırmağı təklif edir.

Millimizin üzvü hələ ki, “Nürnberq”ə konkret cavab verməyib. 
 

Xəbər xətti