"Şamaxı"nın Avropa klubundan gətirdiyi müdafiəçi "Sabah"la matçda - FOTO

13:34 - 22 Dekabr 2024

"Şamaxı" qış "transfer pəncərəsi" zamanı heyətini U-21 yığmamızın sabiq kapitanı Cəlal Hüseynovla gücləndirəcək. Sportal.az xəbər verir ki, bölgə klubunun razılaşdığı futbolçu artıq Şamaxıya yollanıb.

O, icarə əsasında oynayacağı komandanın görüşünü stadiondan canlı izləyəcək. Belə ki, "Arda"(Bolqarıstan) klubuna məxsus olan Hüseynov Misli Premyer Liqasının 18-ci turunun "Şamaxı" - "Sabah" görüşünü izləyəcək.

Qeyd edək ki, Cəlal 2023-cü il iyulun 1-də "Arda"ya keçmişdi və 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

Hüseynov mövsümün sonuna qədər "Şamaxı"da icarə əsasında oynayacaq.

Xəbər xətti