Azərbaycanlı idmançı Gürcüstanda gümüş medal qazandı

12:22 - 22 Dekabr 2024

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.

Sportal.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə gümüş medal qazanıb.

Turnirdə Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.

Ümid Bağırovun baş məşqçisi Əməkdar idman ustası Elçin Hüseynovdur.

Xəbər xətti