"Karvan"ın baş məşqçisi Kənan Kərimov Sportal.az saytına açıqlama verib.
O, VIII turun “Qəbələ”(0:1) ilə görüşündən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə İntizam Komitəsi tərəfindən 5 oyunqlu cəzalandırılması barədə bunları deyib:
"Qəbələ" ilə oyun haqda, həmin anlara artıq dönmək istəmirəm. Orada hər kəs gördüyünü gördü də. Bilirsiz ki, eyni zamanda həm liderliyimizi, həm xalımızı itirdik. Üstəlik, komanda və futbolçularımız cəzalandırıldı. Özü də lider oyunçularımıza, köməkçim Zaur Hacıyevi də cəzalandırdılar. Bu da komandaya psixoloji təsir göstərir. Doğrudur, sezon uzundur. Bir şeyi qeyd etmək istəyirəm ki, çempionatın əvvəlində də demişdim ki, üçlük üçün oynayırıq, çempionluq olarsa, lap yaxşı. Mübarizəmizi davam etdirəcəyik. Komandamız son turda "Zaqatala" ilə gərgin görüşdən xalla ayrıldı. Futbolçularıma təşəkkür edirəm ki, psixoloji enişdən sonra orada mübarizəni sona qədər apardılar. "Zaqatala" ilə görüşə 12 oyunçu ilə getmişdik. Sona qədər mübarizə aparacağıq. Çempionluğa hansı komanda layiqdirsə, o da olar".
Mirbağırağa
saytlarin hazirlanmasi