Uğursuz mövsüm keçirən "Mançester Siti" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, son 12 oyunda 1 qələbə qazaanan Premyer Liqa klubunun əsas hədəfi "Vest Hem"də çıxış edən Məhəmməd Kudusdur. Bu barədə "Fichajes" məlumat yayıb.
"Mançester Siti" qanalı 80 milyon avro ödəməyə hazırdır. London klubu bu məbləğə 24 yaşlı futbolçunu satmağa isti yanaşır.
Qeyd edək ki, "Vest hem" Məhəmməd Kudusu ötən ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində myedana çıxdığı 14 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi