"Şanxay Port"la müqaviləsi başa çatan Oskar Çin klubundan ayrılacaq.
Sportal.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Oskarın "San Paulo"ya keçəcəyi gözlənilir. Tərəflər arasında 3 illik müqavilə ilə bağlı razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, Oskar 2017-ci ilin yanvar ayında "Çelsi"dən "Şanxay Port"a 60 milyon avro qarşılığında transfer olmuşdu. Braziliya millisinin sabiq üzvü olan 33 yaşlı futbolçu bu müddət ərzində Çin təmsilçisinin heyətində meydana çıxdığı 248 rəsmi matçda 77 qol və 141 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi