Zinəddin Zidan uzun fasilədən sonra iş prosesinə qayıtmağa hazır olsa da, o, yalnız iki komandanın təklifini nəzərdən keçirir.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Yuventus”, PSJ və “Bavariya” dəfələrlə Zidanla maraqlansa da, o, həmin təklifləri geri çevirib.
İddia olunur ki, bu qərara səbəb Zidanın klub səviyyəsində özünü “Real”dan heç bir komandanın rəhbəri kimi görməməsidir. Milli komanda səviyyəsində isə Zidan yalnız Fransa yığmasında işləməyə hazır olduğunu ətrafındakı insanlara bildirib.
Xatırlayaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-cu ildən 2021-ci ilə qədər klub səviyyəsində yalnız "Real"da çalışıb. Fransız məşqçi "kral klubu"nda ilə ikiqat İspaniya, iki dəfə İspaniya Superkubokunun və üç dəfə Çempionlar Liqasının qalibi olub.