Mahir Emreli gələn ay Almaniyaya qayıdacaq

12:11 - 25 Dekabr 2024

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi “Nürnberq”ün mövsümün ikinci yarısına hazırlıq planları bəlli olub.

Sportal.az xəbər verir ki, baş məşqçi Miroslav Kloze komandanı yanvarın 4-də toplayacaq.

Yanvarın 5-dən 12-dək “Nürnberq” Herzogenauraxda təlim-məşq toplanışına yollanacaq.

Burada son gündə iki yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər daha sonra açıqlanacaq.

Xəbər xətti