“Fənərbaxça” qışda bəzi oyunçularla yollarını ayırmağı planlaşdırır.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, həmin futbolçulardan biri Samet Akaydındır. Belə ki, gözləntiləri doğrultmayan müdafiəçinin icarəyə veriləcəyi gözlənilir. 30 yaşlı futbolçu özü isə “Fənərbaxça”da qalmaq istəyir.
İstanbul klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Akaydının Superliqanın digər klublarından birinə icarəyə göndərilməsi ehtimalı yüksəkdir.
Türkiyə millisinin də üzvü olan futbolçu “Arsinspor”, “Şanlıurfaspor”, “Keçiörengücü”, “Adana Demirspor”, “Panatinaikos” klublarında çıxış edib.