"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

15:44 - 24 Dekabr 2024

"Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Qurban Səfərovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə klubu 24 yaşlı müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" bundan əvvəl İlkin Muradov, Adil Nağıyev, Giorgio Kantariya və Ramin Əhmədovla yollarını ayırıb.

Xəbər xətti