“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində növbəti turdakı rəqibi olan Rumıniyanın FKSB klubu kapitanı ilə yollarını ayrıla bilər.
Sportal.az xəbər verir ki, söhbət hücumameyilli yarımmüdafiəçi Darius Olarudan gedir. Bu barədə Rumıniyanın “Fanatik” nəşri məlumat yayıb.
FKSB-nin sahibi Gigi Bekalinin sözlərinə görə, 26 yaşlı futbolçunun xidmətində maraqlı olan və ona görə kluba 5 milyon avro təklif edən klublar var.
Bekalinin bu təklifdən razı qaldığı üçün sövdələşmənin baş tutacağı gözlənilir. Olaru bu mövsüm bütün turnirlər daxil olmaqla 15 qol vurub və paytaxt təmsilçisinin əsas oyunçularından hesab edilir.
“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək.
saytlarin hazirlanmasi