“Səbail” legionerlərdən daha birini yola sala bilər. Bayıl təmsilçisi David Qomislə yollarını ayıra biləcəyi haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, “Səbail”in yollarını ayırmaq istədiyi digər oyunçu isə Madi Ketadır. Belə ki, klub onu yola salmağı planlaşdırır. Cavid Hüseynov Ketanın əvəzinə başqa legioneri komandaya cəlb etmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir. 26 yaşlı yarımmüdafiəçinin “Səbail”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Keta “Səbail”ə yanvarın 19-da Portuqaliyanın “Mafra” klubundan keçib. O, buna qədər “Porto” B, “Farense”, “Çerno More”, “Vilafrankense” komandalarında oynayıb.