Qvardiola De Bruyneyə əvəzləyici tapdı

19:41 - 25 Dekabr 2024

"Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" alman hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Pep Qvardiola Virtsin transferini rəhbərlikdən istəyir. İspan mütəxəssis 21 yaşlı futbolçunu mövsümün sonunda müqaviləsi başa çatan Kevin De Bruynenin davamçısı kimi düşünür.

"Mançester Siti" rəhbərliyi Almaniya millisinin üzvü üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti