"Kəpəz" Redon Mihana və Viktor Braqadan sonra daha bir legioneri komandadan göndərməyə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, Gəncə klubu Karim Lkoça ilə yollarını ayıra bilər. Hazırda bununla bağlı mərakeşli futbolçu ilə danışıqlar aparılır.
24 yaşlı futbolçu mövsümün əvvəlində “Kəpəz”lə bir illik müqavilə imzalayıb. Onun əvəzinə isə başqa legionerin komandaya dəvət olunacağı gözlənilir.
Karim “Kəpəz”ə qədər “Ximnastik”, “Jirona”, “Terrassa”, “Santa-Koloma” komandalarında oynamışdı.