"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Napoli" ingiltərəli futbolçunu transfer etməyi planlaşdırır. Bu barədə "Napoli Calcio Live" məlumat yayıb.
Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte Şounu komandasında görmək istəyir. "Napoli" yanvar ayında 29 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Lyuk Şounu 2014-cü ilin yayında "Sauthempton"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanların heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi