"Çelsi"nin sabiq futbolçusu Villian İngiltərə Premyer Liqasına qayıdır.
Sportal.az xəbər verir ki, "Olimpiakos"dan ayrıldıqdan sonra azad agent statusunda olan braziliyalı vinger "Everton"a keçəcək. Bu barədə "Times" nəşri məlumat yayıb.
"Everton" 36 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Yaxın günlərdə tərəflər arasında anlaşma əldə olunacağı bildirilir.
Qeyd edək ki, Villian daha əvvəl İngiltərədə "Çelsi", "Arsenal" və "Fulhem"də çıxış edib.
saytlarin hazirlanmasi