"İnter"in futbolçusu Teycon Byükenen A Seriyasında komandasını dəyişə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Torino" kanadalı üçün hərəkətə keçib.
Milan klubu da Byükenen satmağa müsbət yanaşır.
25 yaşlı müdafiəçinin "İnter"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Kanada millisinin üzvü "Kolorado", "Nyu-Enqland"(ABŞ), "Siqma"(Kanada), "Brügge"(Belçika) komandalarında da oynayıb.
saytlarin hazirlanmasi