Minadan zərəçəkmiş ağdamlı uşaq "Qarabağ"ın oyununa baş hakimlə birgə çıxacaq

16:54 - 23 Yanvar 2025

Bu gün Futbolun İnkişaf Fondunun UEFA Foundation for Children ilə birgə əməkdaşlığı çərçivəsində "Qarabağ" - FKSB oyunundan öncə minadan zərəçəkmiş Ağdam rayonunun Əfətli kənd sakini 10 yaşlı Hüseyn Hüseynzadə baş hakimlə birgə meydana çıxacaq.

Sportal.az xəbər verir ki, UEFA Avropa Liqasının, Liqa mərhələsinin 7-ci turunda baş tutacaq oyunda iştirak edən Hüseyn 6 yaşındaykən atası ilə birgə minalı əraziyə düşüb. Köməyə gələn ailə üzvləri və atası həlak olub, əmisi isə xəsarət alıb.

Qeyd edək ki, Futbolun İnkişaf Fondunun təşkilatçılığı, Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA, və Unicef Azerbaijan International Committee of the Red Cross Azerbaijanın dəstəyi ilə futbolun təsir gücündən istifadə edərək əhalinin məlumatlandırılması məqsədilə həyata keçirilən “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma” layihəsi çərçivəsində 2022-ci ildən bu günədək Tovuz, Goranboy və Tərtər rayonlarının 8 kəndində tərəfdaşlarla birgə 1300-dən çox uşaq və 400-ə yaxın böyüyə təlim keçirilib.

Xəbər xətti