"Mançester Siti"ni Səudiyyə Ərəbistanı komandasına dəyişməyə yaxındır

12:22 - 1 Fevral 2025

"Mançester Siti" və Xorvatiya millisinin yarımmüdafiəçisi Matteo Kovaçiç Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, xorvatiyalı "Əl-Nəsr"lə danışıq aparır.

Səudiyyə Ərəbistanı klubunun rəsmiləri Kovaçiç üçün "Mançester Siti"ni razı salmağa çalışır.

Xorvatiyalının İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

Xəbər xətti