"Zirə" iki legioneri ilə bağlı qərar verdi - FOTO

11:22 - 1 Fevral 2025

"Zirə" iki legioneri ilə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci il iyunun 30-na qədər "Zirə"nin formasını geyinəcək.

İssa Cibrilla 2022-ci il, Salifu Suma isə 2023-cü ildə "Zirə"yə keçmişdi.

Xəbər xətti