"Yuventus" heyətini avstriyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi "Lans"ın müdafiəçisi Kevin Danso ilə maraqlanır.
"Qoca sinyora"nn rəhbərliyi Danso üçün klubuna rəsmi təklif göndərib.
Ən pis halda isə "Yuventus" avstriyalını mövsümün sonuna qədər icarəyə götürəcək.
Kevinin "Lans"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Ausburq”, “Sauthempton”, “Fortuna”(Düsseldorf) komandalarında oynayıb.
saytlarin hazirlanmasi