"İnter"in yarımmüdafiəçisi Teycon Byukenen karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, kanadalı futbolçu "Vilyarreal"a icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı orta xətt oyunçusu yaya kimi La Liqa təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "İnter" Teycon Byukeneni ötən ilin yanvar ayında "Brügge"dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi