Premyer Liqa klubu türk müdafiəçini transfer etmək istəyir

15:21 - 2 Fevral 2025

"Roma"nın müdafiəçisi Zeki Çelik karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Fulhem" türk futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu Zekini satınalma bəndi ilə icarəyə götürməklə bağlı "Roma"ya təklif göndərib. A Seriyası təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri 27 yaşlı sağ cinah müdafiəçisinin gegişinə razılıq versə, transfer baş tutacaq.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti