İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Portu"da çıxış edən Niko Qonsalesin keçidini yekunlaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" ispan yarımmüdafiəçisi üçün Portuqaliya klubuna 60 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 23 yaşlı orta xətt oyunçusu İngiltərəyə gedib tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Portu" Niko Qonsalesi 2023-cü ilin yayında "Barselona"dan transfer edib. İspaniya U-23 millisinin üzvü bu mövsüm "əjdahalar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi