İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Feyenord"dan Santiaqo Ximenesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" meksikalı futbolçu üçün Niderland klubuna 32,5 milyon avro təzminat ödəyib. 23 yaşlı forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Feyenord" Santiaqo Ximenesi 2022-ci ilin yayında "Krus Asul"dan transfer etmişdi. Meksika millisinin üzvü bu mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi