Serbiyada millimizin oyununu xatırladılar: "Qurban Qurbanovun vurduğu iki qola mane ola bilməyərək, hamıya şok yaşatmışdılar"

12:49 - 13 Fevral 2025

Serbiyada AVRO-2004-ün seçmə mərhələsinin Serbiya və Monteneqro və Azərbaycan milli komandaları arasında Podqoritsada 22 il əvvəl keçirilmiş oyununu (2:2) xatırlayıblar.

Sportal.az xəbər verir ki, “Teleqraf.rs” portalı millimizin veteran forvardı, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iki qol vurduğu həmin görüşlə bağlı bunları yazıb:

"22 il əvvəl Serbiya millisi müharibədən sonrakı son tarixdə ən şokedici nəticələrdən birini yaşamışdı. 12 fevral 2003-cü ildə o vaxt Serbiya və Monteneqro millisi kimi tanınan "mavilər" 2004-cü il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla heç-heçə oynadı və daha sonra turnirdən kənar qaldı. Həmin vaxt Serbiya və Monteneqro 2:0 hesabı ilə öndə olsa da, ikinci hissədə Qurban Qurbanovun 58 və 77-ci dəqiqələrdə vurduğu iki qol mane ola bilməyərək, vətəndə hamıya şok yaşatmışdılar. 

Həmin tsikldə komanda iki dəfə Uels üzərində qələbə qazanmışdı, iki dəfə İtaliya ilə heç-heçə oynamışdı. Lakin azərbaycanlılarla həmin heç-heçə, daha sonra bu milli ilə səfərdəki məğlubiyyət komandamızın qanadlarını qırmışdı".

Xəbər xətti