"Karvan" 3 xalı 3 qolla qazandı - VİDEO

18:38 - 13 Fevral 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 14-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma Yevlax təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 29-a yüksəldən "Karvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 20 xalı olan MOİK isə 4-cü yerdədir.

"Karvan" - MOİK 3:1
Qollar:
 B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29

Xəbər xətti