"Kəpəz"in müdafiəçisi "Şamaxı"ya qarşı oynamayacaq

13:21 - 15 Fevral 2025

"Kəpəz"in Misli Premyer Liqasının 23-cü turu çərçivəsində öz meydanında "Şamaxı"nı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Müdafiəçi Dioqo Verdaska cəzalı durumdadır. 22-ci turun "Araz-Naxçıvan"la matçında 4-cü sarı vərəqəni görən portuqaliyalı futbolçu qarşıdakı görüşü buraxmalı olacaq.

Qeyd edək ki, "Kəpəz" - "Şamaxı" qarşılaşması 17 fevral tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti