"Bavariya" "Qalatasaray"ın istədiyi braziliyalı ilə maraqlanır

13:18 - 13 Mart 2025

"Bavariya" Neymarı transfer edə bilər “Santos”un yarımmüdafiəçisi Neymar yenidən Avropaya qayıda bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, “Bavariya” rəhbərliyi onu yayda azad agent kimi transfer etməyi düşünür.

“Qalatasaray”ın da heyətinə qatmaq istədiyi 33 yaşlı futbolçunun “Santos”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Bu klubun yetirməsi olan Neymar “Barselona”, PSJ və “Əl-Hilal”ın formasını geyinib. O, yeni mövsümə hansı komandada başlayacağına yayda qərar verəcək.

Xəbər xətti