İngiltərənin "Çelsi" klubu heyətini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu icarə əsasında "Las Palmas"da çıxış edən Dario Essuqonun keçidini həll edib. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Çelsi" portuqaliyalı yarımmüdafiəçinin transferi ilə bağlı onun müqavilə ilə məxsus olduğu "Sportinq"lə anlaşıb. Londonlular 20 yaşlı futbolçu üçün Lissabon klubuna 21 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, "Las Palmas" Dario Essuqonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya U-21 millisinin üzvü olan gənc dayaq yarımmüdafiəçisi La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi