Millinin baş məşqçisi: "Qərara gəldim ki, ilk oyunlarımda himn oxumayacam"

15:47 - 16 Mart 2025

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dövlət himninə münasibəti ilə bağlı mətbuata açıqlama verib.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, alman mütəxəssis himn oxumayacağını bildirib:

"Düşünürəm ki, ilk növbədə sizin çox güclü, emosional və mənalı dövlət himniniz var. İngiltərə yığmasına rəhbərlik etdiyim üçün çox qürur duyuram. Bu, mənim üçün çox şey deməkdir. Sizi inandırıram ki, bu, mənim üçün çox şey deməkdir. Himn o qədər əhəmiyyətli, emosional və güclüdür ki, onu oxumaq üçün öncə bu haqqı qazanmalıyam. Dövlət himnini oxumaq xatirinə oxumamalısız. Ona görə də qərara gəldim ki, ilk oyunlarımda himn oxumayacam. Mən bunu nəticələrlə, komanda qurmaqla, işimi düzgün yerinə yetirməklə qazanmalıyam. Elə bir hiss yaratmaqla qazanmalıyam və bəlkə də, hətta siz nə vaxtsa belə deyəcəksiniz ki, “indi oxumaq vaxtınızdır, siz bunu qazanmısınız, indi əsl ingilis oğlansınız".

51 yaşlı mütəxəssis 2025-ci il yanvarın 1-dən İngiltərə millisini çalışdırır.

Xəbər xətti