Cənubi Koreya çempionatında 5-ci turun matçları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Jeju"nu qəbul edib.
Görüş Antonun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu matçda meydana start heyətində çıxan Anton sona qədər oynayıb. "Daejeon" 12 xalla liqaya rəhbərlik edir.
saytlarin hazirlanmasi