"Real" "Çelsi"nin futbolçusu Enzo Fernandeslə danışıqlara başlayıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" argentinalının keçidini bu yay reallaşdırmaq niyyətindədir.Madrid təmsilçisi ona Luka Modriçin əvəzləyicisi gözü ilə baxır.
İspaniya nəhəngi Enzo üçün qarşı tərəfə 90 milyon avro təzminat ödəməlidir.
24yaşlı yarımmüdafiəçinin "Çelsi" ilə müqavilə müddəti 2032-ci il iyunun 30-na qədərdir.
O, əvvəllər "Defensa", "River Pleyt", "Benfika" komandalarında oynayıb.
saytlarin hazirlanmasi