İngiltərə millisinin üzvü "Bavariya"da qalacaq

18:30 - 29 Mart 2025

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Erik Dayerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi ingilis müdafiəçini komandada saxlamaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Bavariya" artıq Dayerlə danışıqlara başlayıb. 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Erik Dayer ötən ilin yanvar ayından "Bavariya"da çıxış edir. İngiltərə millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti