Bundesliqa klubunda baş məşqçi istefaya göndərilib

23:58 - 30 Mart 2025

Almaniya Budesliqasında çıxış edən "Leypsiq"də baş məşqçi Marko Roze istefaya göndərilib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, "Leypsiq"in son turda Münhenqladbax "Borussiya"sına 1:0 hesablı məğlubiyyətindən sonra bu addım atılıb. 2022-ci ilin sentyabrından "Leypsiq"də baş məşqçilik edən Rozenin rəhbərliyi altında komanda Almaniya kuboku və Superkubokunu qazanıb.

Qeyd edək ki, komanda sezon sonuna qədər Zsolt Lövə tapşırılıb. "Leypsiq" hazırda 42 xalla 6-cı pillədə qərarlaşaraq avrokuboklara vəsiqə qazanmaq şansını hələ də saxlayır.

Xəbər xətti