"Barselona"nın qapıçısı 6 aydan sonra geri döndü - komanda ilə birgə məşqlərə başlayıb

22:48 - 31 Mart 2025

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədədən sağalmağa yaxınlaşır.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, almaniyalı qapıçı bu gün "Barselona"nın ümumi qrupunda məşqin bir hissəsini keçirib.

Kataloniya klubunun qapıçısı keçən ilin sentyabrın sonundan bəri diz zədəsinə görə əməliyyat olunmuşdu və oynamırdı.

Qeyd edək ki, 32 yaşlı qolkiper cari La Liqa mövsümündə cəmi 6 oyun keçirib.

Xəbər xətti