"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili "Real"ın futbolçusu Vinisius Juniorla penalti təyin olunan kimi 50 avroya mərc etdiyini deyib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, gürcü qolkiper braziliyalıya penaltini dəf edəcəyini söyləyib:
"Penaltidən əvvəl Vinisiusla 50 avrodan mərc etdim. Ondan 50 avro mərc etmək istəyib-istəmədiyini soruşdum və o da razılaşdı. Mən penatini dəf etdim və mərcdə qalib gəldim. Oyundan sonra mənə pul verməli idi, amma 50 avronu vermədi. Problem yoxdur, hər şey qaydasındadır".
Qeyd edək ki, “Valensiya” İspaniya La Liqasının 30-cu turunda “Real”la qarşılaşıb və 2:1 qalib gəlib. Mamardaşvili 13-cü dəqiqədə Vinisius Juniorun yerinə yetirdiyi penaltini dəf etməyi bacarıb.
saytlarin hazirlanmasi