"Kəpəz" "Sabah"ı, "Qarabağ" "Zirə"ni məğlub etdi - YENİLƏNİB

21:28 - 6 Aprel 2025

Misli Premyer Liqasında XXIX turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, turun ikinci günündə 2 görüş keçirilib.

Günün ilk matçında "Kəpəz" "Sabah"ın qonağı olub. Matç Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" isə "Zirə" ilə qarşılaşıb. Burada ev sahibləri qələbəyə sevinib. 

Misli Premyer Liqası

XXIX Tur

6 aprel

17:00. “Sabah” – “Kəpəz” 0:1
Qol
:Valdemar Almeyda 41
“Bank Respublika Arena”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev

19:30. “Qarabağ” – “Zirə” 1:0

Qol: Kadi 15

Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR hakimi: Tural Qurbanov
AVAR hakimi: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev

Xəbər xətti